Demokratların namizədi Kamala Harrisin ABŞ prezident seçkilərində qələbəsi ölkəni 20-ci əsrin birinci yarısındakı “iqtisadi depressiya” ilə müqayisə oluna biləcək iqtisadi böhrana sürükləyə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Şimali Karolinada tərəfdarları ilə görüşündə deyib.
“Əgər Kamala qalib gəlsə, o zaman sizi 1929-cu il ruhundaki iqtisadi depressiyanın başlanğıcından üç gün ayırır”, – o vurğulayıb.
Tramp öz sözlərinə arxayın olduğunu qeyd edib. Onun fikrincə, hazırkı prezident Co Baydenin administrasiyası ABŞ iqtisadiyyatını “parçalayıb”.
Tramp tərəfdarlarına deyib ki, o, qalib gəlsə, ölkə sakinləri daha yaxşı iş yerləri, yüksək maaşlar və “daha parlaq iqtisadi gələcək” əldə edəcəklər.