Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Demokratlar Partiyasından rəqibi Kamala Harrislə müsahibəyə görə CBS News telekanalını məhkəməyə verir və izləyiciləri çaşdıraraq seçkiyə müdaxilə etdiyinə görə 10 milyard dollar tələb edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
“CBS-in hərəkətləri səbəbindən ictimaiyyət Harrisi müsahibə zamanı [prezidentliyə] namizəd kimi, yoxsa pərdə arxasında olan redaktorun kuklası kimi gördüklərini ayırd edə bilmədi. Tramp-ın vəkilləri iddia edirlər ki, xəbər təşkilatları “hadisələrin həqiqətini dəqiq çatdırmağa borcludurlar və seçdikləri namizədin daha ardıcıl və qətiyyətli görünməsi üçün müsahibələri təhrif etməməlidirlər”, – sənəddə deyilir.
Qeyd edildiyi kimi, Tramp işə münsiflər heyəti tərəfindən baxılmasını tələb edir və həmçinin “ictimaiyyəti çaşdırmaq üçün hazırlanmış xəbərləri aldadıcı və maddi cəhətdən təhrif etməkdə” ittiham edib.