Harvard Universiteti “antisemit” institutudur və “demokratiya üçün təhlükədir”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində yazıb.
“Harvard, bir çox başqaları kimi, antisemit, ifrat solçu bir institutdur və bütün dünyadan ölkəmizi parçalamaq istəyən tələbələri qəbul edir”, – deyə o yazıb.
Aprelin 13-də məlum olub ki, bir qrup Harvard professoru universitetin ümumi maliyyəsini 9 milyard dollar azaltmaq planlarına görə Tramp administrasiyasına qarşı iddia qaldırıb.
Bloomberg-in məlumatına görə, bu məbləğə 8,7 milyard dollar qrant, 255,6 milyon dollar isə universitetlə federal agentliklər arasında mövcud müqavilələr daxildir. İddiaçılar hesab edirlər ki, administrasiyanın hərəkətləri onların akademik azadlıq və söz azadlığı hüquqlarını pozur.