Tramp: Həbs olunmaq üçün təslim olacambackend

Tramp: Həbs olunmaq üçün təslim olacam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçkilərə müdaxilə ittihamı ilə üzləşmək üçün cümə axşamı Corciya ştatında məhkəməyə gedəcək və hakimiyyətə təslim olacaq.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial media hesabında bildirib.

Atlantada keçmiş prezidentin işi üzrə hakim 200 min dollar girov ödəyib.

Razılaşmada deyilir ki, Tramp şahidləri təhdid etməyə və ya qorxutmağa çalışmadığı müddətcə məhkəməyə qədər azadlıqda qala bilər.

Qeyd edək ki, Tramp şantaj və yalan ifadələr də daxil olmaqla 13 ittihamın hamısını rədd edir.