Tramp hələ də Putinlə danışmaq niyyətində olduğunu bildiribbackend

Tramp hələ də Putinlə danışmaq niyyətində olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə danışıqlara və Ukraynadakı münaqişəyə son qoymağa sadiq qaldığını bildirib.

NOCOMMENT.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Yaponiyanın baş naziri Siqeru İsiba ilə görüşündə jurnalistlərə bildirib.

“Yəqin ki, mən Putinlə danışacam. “Mənim Putinlə həmişə yaxşı münasibətim olub”, – Amerika prezidenti deyib.

Eyni zamanda, Tramp Ukrayna böhranına son qoymaq istədiyini bir daha bəyan edib və o vaxt Amerika dövlətinin başçısı olsaydı, böhranın baş vermədiyini təkrarlayıb. Bundan əlavə, Ağ Ev rəhbəri bir daha Avropanın Ukraynaya kifayət qədər dəstək vermədiyinə diqqət çəkib.