ABŞ Prezidenti Donald Tramp bildirib ki, iki həftə ərzində Ukraynadakı konfliktin sülh yolu ilə həlli prosesi ilə bağlı vəziyyət aydınlaşacaq və ola bilsin ki, Vaşinqton fərqli addımlar atmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Reuters agentliyi mənbələrə istinadən xəbər verib ki, Ukrayna ilə bağlı saziş ya Moskva, Vaşinqton və Kiyev arasında üçtərəfli razılaşma, ya da 2022-ci ilin İstanbul sazişlərinə qayıdış şəklində ola bilər.
Eyni materialda qeyd olunur ki, Rusiyanın Ukraynadan əsas tələbləri Donbasdan imtina, NATO-ya üzvlük iddialarından vaz keçmək, neytrallığın qorunması və ölkədə Qərb qoşunlarının yerləşdirilməməsidir.