ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran İsrailin mövcudluq hüququnu tanımalıdır.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, o, bu bəyanatla İsrail parlamentində çıxış edib.
“İran İsrailin mövcudluq hüququnu tanımalıdır. Bir gün bu baş verəcək”, – deyə Tramp bildirib.
Onun sözlərinə görə, bu, Tehranın ən düzgün qərarı olacaq.
“İranlılar yaxşı insanlardır, ağıllı, zəhmətkeş. Onlar öz ölkələri ilə hazırda baş verənləri görmək istəmirlər”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti həmçinin qeyd edib ki, Vaşinqton İranı “hazır olduğu” zaman bu məsələdə dəstəkləyəcək.