Tramp İrandakı etirazçılara çağırış etdi: “Qurumlarınızı ələ keçirin, kömək yoldadır”backend

Tramp İrandakı etirazçılara çağırış etdi: “Qurumlarınızı ələ keçirin, kömək yoldadır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki hesabında İranda davam edən etirazlarla bağlı diqqətçəkən paylaşım edib.

NOCOMMENT.az xəbər verir ki o, iranlı etirazçıları aksiyaları davam etdirməyə və dövlət qurumlarını ələ keçirməyə çağırıb, eyni zamanda onlara yardım ediləcəyini bəyan edib.

Tramp paylaşımında etirazçılara müraciət edərək, zorakılıq törədən və qətllərdə iştirak edən şəxslərin adlarını yadda saxlamağı tövsiyə edib. ABŞ Prezidenti bildirib ki, etirazçıların “mənasız şəkildə öldürülməsi” dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv edib və yardımın yolda olduğunu vurğulayıb.

“İranlı vətənpərvərlər, ETİRAZLARI DAVAM ETDİRİN – QURUMLARINIZI ƏLƏ KEÇİRİN!!! Qatillərin və zorakılıq törədənlərin adlarını yadda saxlayın. Etirazçıların mənasız şəkildə öldürülməsi dayanana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etmişəm. KÖMƏK YOLDADIR. MİGA!!!” – deyə paylaşımda qeyd olunub.