Tramp İrandan onun həyatına təhdid olduğunu bildiribbackend

Tramp İrandan onun həyatına təhdid olduğunu bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti və dövlət başçısı vəzifəsinə namizəd Donald Tramp deyib ki, guya İran onun həyatı üçün ciddi təhlükə yaradır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

“İran mənim həyatım üçün ciddi təhlükədir. Bütün ABŞ ordusu izləyir və gözləyir. İran artıq uğursuz addımlar atıb, amma yenidən cəhd edəcək. Vəziyyət heç kim üçün ürəkaçan deyil. Ətrafımda heç vaxt görmədiyim qədər çox insan və silah var!”, – deyə o vurğulayıb.

Bundan əlavə, ABŞ-ın keçmiş prezidenti Konqresə onun təhlükəsizliyi üçün məxfi xidmət tərəfindən yekdilliklə əlavə maliyyə ayırdığına görə təşəkkür edib. Siyasətçi bildirib ki, demokratlar və respublikaçılar birləşib və bu təşəbbüsün “əleyhinə” bir səs belə ifadə etməyiblər.