Tramp: “İranı toz halına salmışam, rejim artıq dəyişib”backend

Tramp: “İranı toz halına salmışam, rejim artıq dəyişib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp “The New York Post” qəzetinə verdiyi geniş müsahibədə İranla bağlı həyata keçirilən hərbi əməliyyatların gedişatı və regionun gələcəyi barədə silsilə şok bəyanatlarla çıxış edib.

NOCOMMENT.az xəbər verir ki, D.Tramp ABŞ ordusunun İranda uzun müddət qalmayacağını, hazırda əsas hədəfin ölkənin qalan hücum potensialını tamamilə məhv etmək olduğunu bildirib.

ABŞ Prezidenti İsfahandakı hərbi obyektlərə endirilən zərbələri xüsusi vurğulayaraq, partlayışların gözləniləndən daha güclü olduğunu qeyd edib: “Mən nəyi vurduğumuzu demək istəmirəm, amma tezliklə öyrənəcəksiniz. Partlayışlar çox möhtəşəm idi, elə deyilmi? Bu, əsl gözəllik idi. Hətta düşündüyümüzdən də güclü oldu. Bu o deməkdir ki, onlar orada çoxlu hərbi sursat gizlədiblərmiş”.

Strateji əhəmiyyətli Hörmüz boğazının açılması məsələsinə toxunan ABŞ lideri bu məsələnin onu artıq maraqlandırmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, boğaz “avtomatik olaraq” açılacaq: “Mənim mövqeyim belədir: mən bu ölkəni (İranı) toz halına salmışam, onların heç bir gücü qalmayıb. Boğazdan istifadə edən ölkələr qoy özləri gedib onu açsınlar. Neftə nəzarət edən tərəf boğazın açılmasına çox şad olacaq. Bir az cəsarətli olun və gedib neftinizi götürün”.

Tramp həmçinin İranda rejim dəyişikliyinin artıq baş verdiyini iddia edib: “Biz rejim dəyişikliyinə nail olduq. Bilirsiniz, hazırda biz tamamilə fərqli bir insan qrupu ilə işləyirik və onlar əvvəlkilərdən qat-qat ağıllıdırlar. Həqiqi rejim dəyişikliyi məhz budur”. ABŞ prezidenti yeganə vəzifəsinin İranın nüvə silahına sahib olmamasını təmin etmək olduğunu və buna nail olduğunu vurğulayıb. Sonda isə hərbi strategiya barədə detalları açıqlamaqdan imtina edərək, “Siz həqiqətənmi mənim strategiyamı ifşa etməyimi istəyirsiniz? Bu, gülüncdür”, – deyə bildirib.

Sara
NOCOMMENT.az