Tramp İranla nüvə sazişini bərpa etmək istəyirbackend

Tramp İranla nüvə sazişini bərpa etmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Donald Tramp seçkilərdə qalib gələcəyi təqdirdə İranla nüvə sazişi bağlamaq istədiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

“Mən bunu edərdim. Biz razılaşmalıyıq, çünki nəticələr mümkün deyil”, – keçmiş Amerika lideri bildirib.

Bundan əvvəl İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) iştirakçıları köhnə “sanksiyaların ləğvi müqabilində etimad” formuluna əsaslanan “nüvə sazişi” üzrə danışıqları bərpa edə bilərlər.

2015-ci ildə Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ, Fransa və İran nüvə proqramına qoyulan məhdudiyyətlər müqabilində İrana qarşı sanksiyaların ləğvini nəzərdə tutan nüvə sazişi – JCPOA bağladılar. 2018-ci ildə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp Vaşinqtonun FDP-dən çıxdığını və Tehrana qarşı sanksiyaların bərpa olunduğunu elan etdi.