ABŞ Prezidenti Donald Tramp deyib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Ağ Ev rəhbəri bunu “The New York Post”a müsahibəsində deyib.
“Mən İranla nüvə məsələsində razılaşmaq istərdim. Mən bunu bombardmandan üstün tuturam”, – Tramp qeyd edib.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək.
Bununla belə, Tramp potensial danışıqların təfərrüatlarını açıqlamaqdan imtina edib.