ABŞ Prezidenti Donald Trampın təyyarəsi İsraildə Ben Qurion hava limanında yerə enib.
NOCOMMENT.az xəbər verir ki, D.Trampı hava limanında İsrail Prezidenti İshaq Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıb.
ABŞ lideri İsraildə HƏMAS hərəkatı tərəfindən sərbəst buraxılan girovlarla görüşəcək, eləcə də ölkə parlamentində çıxış edəcək.
Qeyd edək ki, Tramp İsrailə səfərindən sonra Misirdə baş tutacaq Sülh sammitinə gedəcək.