Tramp ittiham olunduqca pul da sel kimi axır…backend

Tramp ittiham olunduqca pul da sel kimi axır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu Yorkdakı böyük münsiflər heyətinin Donald Trampa maliyyə sənədlərinin saxtalaşdırılması işində ittiham elan etməsindən sonrakı iki həftə ərzində sabiq prezident kampaniya üçün 15,4 milyon dollar alıb.

NOCOMMENT Axar.az-a istinadən xəbər verir ki, bu barədə Trampın seçki qərargahına istinadən CNN telekanalı məlumat yayıb.

Tramp kampaniyasının nümayəndələrinin fikrincə, ianələrin bu qədər artması ona qarşı ittihamlar irəli sürüldükdən sonra tərəfdarların eks-prezidentin ətrafında necə toplaşdığını göstərir:

“Problemlər Trampa həm siyasi, həm də maliyyə baxımından xeyir verib”.