Tramp Kanada və Aİ-ni əlavə rüsumlarla hədələyibbackend

Tramp Kanada və Aİ-ni əlavə rüsumlarla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp, Avropa İttifaqı və Kanadanı daha çox tariflər tətbiq etməklə hədələyib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” platformasındakı paylaşımında bildirib.

“Əgər Avropa İttifaqı ABŞ-a iqtisadi zərər vermək məqsədilə Kanada ilə birgə işləyərsə hazırda planlaşdırılandan çox daha böyük miqyaslı tariflər Aİ və Kanadaya tətbiq ediləcək”, – Tramp qeyd edib.