Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə ona heç bir rüsum tətbiq etməyəcəyini vəd edibbackend

Tramp Kanadanın ABŞ-a qoşulacağı təqdirdə ona heç bir rüsum tətbiq etməyəcəyini vəd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp Kanadanın ABŞ-a 51-ci ştat kimi qoşulmağa razılaşacağı təqdirdə ona “çox əhəmiyyətli” vergi güzəştləri və ticarət tarifləri tətbiq etməyəcəyini vəd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika lideri Şimali Karolinada səfərdə olarkən jurnalistlərə açıqlama verib.

“Kanadanın 51-ci ştat olmasını istərdim. Kanadalılar, əgər bu baş verərsə, çox böyük vergi güzəştləri əldə edəcəklər, çünki hazırda onlar vergilərdən çox yüklənirlər”, – Ağ Evin rəhbəri qeyd edib.

Tramp əlavə edib ki, Kanada ABŞ-a qoşularsa, kanadalılar artıq hərbi məsələlərlə bağlı narahat olmayacaq və vətəndaşlar da daha yaxşı sağlamlıq xidməti alacaqlar.