Tramp keçmiş prezidentlərin portretlərinə təhqiramiz qeydlər yazdıbackend

Tramp keçmiş prezidentlərin portretlərinə təhqiramiz qeydlər yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trump Ağ Evdə asılmış sabiq prezidentlərin portretlərinə təhqiramiz məzmunlu qeydlər əlavə edib.

NOCOMMENT.az-ın xəbərinə görə, Ağ Evin mətbuat katibi Karoline Leavitt iqamətgahın yeni tərtibatı ilə bağlı açıqlamasında bildirib ki, bu lövhələr hər bir prezidentin fəaliyyəti və geridə qoyduğu irsi “ifadəli şəkildə əks etdirən təsvirlərdir”.

Onun sözlərinə görə, tarixi yaxşı bilən prezident qeydlərin bir qismini şəxsən özü yazıb.

Lövhələrdən birində qeyd olunur ki, “Yuxulu Co Bayden ABŞ tarixində, şübhəsiz ki, ən uğursuz prezident olub”.

Həmçinin iddia edilir ki, o, “ABŞ-də indiyədək görülmüş ən korrupsiyalaşmış seçkilər nəticəsində” vəzifəyə gəlib və Baydenin rəhbərliyi dövründə baş verən “misilsiz fəlakətlər ölkəni dağılma həddinə çatdırıb”.