ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Inla “hansısa məqamda” görüşəcəyinə ümid etdiyini bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Əslində, mən onu bir dəfə görəcəyəm. Onunla görüşməyə hazırlaşıram”, – Tramp Ağ Evdə bir sıra yeni fərmanların imzalanması mərasimində jurnalistlərlə söhbətində deyib.
Xatırladaq ki, mart ayında ABŞ lideri KXDR ilə dialoqu bərpa etmək istədiyini açıqlamışdı.