ABŞ konqresmeni Maykl Uolts Donald Trampın andiçmə mərasimindən sonra prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ prezident seçkilərinin qalibi Donald Tramp “Truth Social” hesabında məlumat yayıb.
“Konqresmen Maykl Uoltsun milli təhlükəsizlik müşaviri vəzifəsinə namizəd göstərildiyini elan etmək şərəfinə sahibəm”, – Tramp yazıb.