Tramp kosmosda ABŞ Milli Qvardiyasının yaradılmasına söz veribbackend

Tramp kosmosda ABŞ Milli Qvardiyasının yaradılmasına söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yenidən seçiləcəyi təqdirdə Milli Kosmik Qvardiya yaradacağına söz verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Detroytda keçirilən seçkiqabağı mitinqdə bildirib.

“ABŞ Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiya yaratmağın vaxtı çatıb”, – siyasətçi deyib. Tramp ilk prezidentlik dövründə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verdiyini xatırladıb və bunu özünün əsas nailiyyətlərindən biri adlandırıb.

Respublikaçı həmçinin müxtəlif texnologiyalara, o cümlədən süni intellektə, robot texnikasına, dronlara və hipersəs silahlarına daha çox maliyyə vəsaiti yatıracağına söz verib.