Vladimir Zelenski anlayır ki, Krım Rusiyanın tərkibində qalacaq.
NOCOMMENT.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Time ” jurnalına müsahibəsində bildirib.
“Krım Rusiyanın tərkibində qalacaq. Zelenski də bunu anlayır”, – o deyib.
Trampın sözlərinə görə, Krımın çoxdan Rusiyanın tərkibində olduğunu “hamı anlayır”. O qeyd edib ki, Krımda əhalinin əksəriyyəti rus dilində danışır. Eyni zamanda, ABŞ prezidenti jurnalın yekun nizamlanma çərçivəsində DXR, LPR, Zaporijjya və Xerson vilayətlərini Rusiya kimi tanıyıb-tanımayacağı ilə bağlı sualına cavab verməyib. “Biz yalnız Krım haqqında danışmalıyıq, çünki onların qeyd etdiyi hər şey bundan ibarətdir”, – Tramp deyib.