“Venesuela Prezidenti Nikolas Maduro və həyat yoldaşı Silia Flores ABŞ-nin bu ölkəyə genişmiqyaslı hücumu nəticəsində ələ keçirilib”.
NOCOMMENT.az-ın xəbərinə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Maduro və həyat yoldaşı ölkədən çıxarılıb.
Tramp Venesuela əməliyyatının uğurla başa çatdığını bildirib.
Prezident Tramp açıqlamasında qeyd edib ki, əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib və əməliyyatın detalları daha sonra açıqlanacaq.
ABŞ vaxtı ilə bu gün saat 11:00-da Mar-a-Laqoda mətbuat konfransı keçiriləcək. Hazırda Vaşinqtonda saat 4:30 səhərdir və dünya ictimaiyyəti hadisələrin gedişini diqqətlə izləyir.














