Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp martın 4-ü axşam (ABŞ vaxtı ilə) möhtəşəm açıqlama verəcəyini vəd edib.
NOCOMMENT.az xəbər verir ki, o, bu barədə özünün Truth Social sosial şəbəkəsində müvafiq yazı dərc edib.
“Sabah axşam möhtəşəm olacaq. Mən bunu olduğu kimi deyəcəyəm”, – Tramp yazıb.
O, möhtəşəm bəyanatının konkret nədən ibarət olacağını dəqiqləşdirməyib.
Xatırladaq ki, sabah Kapitoli binasında ABŞ prezidentinin xalqa və Konqresə illik müraciəti baş tutacaq.