Tramp may ayında Suriya lideri Əl-Şaraa ilə görüşə bilərbackend

Tramp may ayında Suriya lideri Əl-Şaraa ilə görüşə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına səfəri zamanı Suriya lideri Əhməd əl-Şaraa ilə görüşə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin i24 telekanalı suriyalı mənbəyə istinadən məlumat yayıb.

“Tramp mayın ortalarında Səudiyyə Ərəbistanına gözlənilən səfəri zamanı Əhməd əl-Şara ilə görüşəcək”, – telekanal qeyd edib.

Görüşün vasitəçi qismində Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın köməyi ilə təşkil ediləcəyi dəqiqləşib.

Qeyd edək ki, aprelin 1-də Tramp Ağ Evdə jurnalistlərə ilk xarici səfərini Səudiyyə Ərəbistanına edəcəyini təsdiqləyib.