ABŞ prezidenti Donald Tramp Meksika körfəzinin adının dəyişdirilməsi planlarını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, bunu Ağ Evin yeni sahibi andiçmə mərasimində çıxışı zamanı deyib.
“Biz tezliklə Meksika körfəzinin adını Amerika Körfəzi olaraq dəyişəcəyik”, – deyə o vurğulayıb.
Bundan əvvəl New York Post qəzeti inauqurasiyadan sonra ilk saatlarda ABŞ prezidenti Donald Trampın Meksika körfəzinin adının Amerika Körfəzi adlandırılması haqqında sərəncam imzalayacağını bildirmişdi.