KoronaVirus İnformasiya Portalı
Tramp mikroinsult keçirməsi barədə yayılan məlumatlara aydınlıq gətirdibackend

Tramp mikroinsult keçirməsi barədə yayılan məlumatlara aydınlıq gətirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp onun 2019-cu ildə bir neçə mikroinsult keçirməsi barədə KİV-də yayılan xəbərləri inkar edib.

NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə özünün “Twitter” səhifəsində bildirib.

“Bu, heç vaxt bitməyəcək! İndi onlar demək istəyirlər ki, sizin sevilən prezidentiniz, yəni mən Uolter-Rid Tibb Mərkəzinə bir neçə mikroinsult səbəbindən baş çəkmişəm. Heç vaxt bu namizədlə bağlı belə bir şey olmayıb – saxta xəbər! Bəlkə də onlar başqa bir partiyanın namizədini nəzərdə tuturlar!” – deyə Tramp yazıb.

Qeyd edək ki, “CNN” telekanalı “New York Times” qəzetinin kitabından bir hissəyə istinad edərək bildirib ki, prezident Tramp 2019-cu ilin noyabrında Uolter-Rid Tibb Mərkəzini ziyarət edərkən onun ciddi tibbi prosedurlara ehtiyacı yaranacağı təqdirdə, vitse-prezident Mayk Pensə hər ehtimala qarşı dövlət başçısı vəzifəsini müvəqqəti idarə etmək tapşırılıb. Bununla belə, yazının müəllifi bununla bağlı heç bir sübut gətirməyib. Ağ Ev sonradan Trampın gündəlik müayinədən keçməsi üçün xəstəxanaya getdiyini açıqlayıb.
APA