Tramp Müctəba Xameneinin ali dini lider seçilməsindən narazıdırbackend

Tramp Müctəba Xameneinin ali dini lider seçilməsindən narazıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Tramp Müctəba Xameneinin ali dini lider seçilməsi ilə bağlı narazılığını ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, “Fox News”in aparıcısı Brayan Kilmid yeni İran ali dini liderinin seçilməsi barədə elan yayılandan sonra Trampla danışıb. Tramp Kilmidə “Mən narazıyam” deyib.

Aparıcı əlavə detalları açıqlamayıb.

Qeyd edək ki, bundan əvvəl Tramp mediada yayılan xəbərlərə münasibət bildirərək, Müctəba Xameneinin ali dini lider postuna ən çox ehtimal olunan namizəd olmasına etirazını açıqlamışdı.

ABŞ prezidenti vurğulayıb ki, İranın liderinin seçimi zamanı Vaşinqtonun mövqeyi nəzərə alınmalıdır, çünki ABŞ hal-hazırda Tehrana qarşı müharibə aparır.

Eyni zamanda, İsrail xəbərdarlıq edib ki, yeni lider potensial hədəf ola bilər.

Sara

NOCOMMENT.az