Tramp müflis olub? –  Məhkəmə xərclərinə görə təyyarəsini satdıbackend

Tramp müflis olub? – Məhkəmə xərclərinə görə təyyarəsini satdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yenidən ABŞ-nin ən yüksək dövlət kürsüsü uğrunda mübarizə aparan Donald Tramp məhkəmələrin yüksək xərclərinə görə təyyarələrindən birini satıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə New York Post məlumat yayıb. Qeyd olunub ki, sözügedən təyyarə “Cessna Citation X”dir.

Tramp 2016-cı il seçki kampaniyası zamanı ondan tez-tez istifadə edib. Dəyəri 10 milyon dollar olan təyyarəni İran əsilli tikinti maqnatı və Trampın əsas donoru Merdad Moayedi alıb.

Qeyd edək ki, Tramp Kapitoliyə hücum, gizli sənədlərin saxlanması və maliyyə sənədlərinin saxtalaşdırılması da daxil olmaqla bir neçə hüquqi işdə iştirak edir. Aprelin sonunda Bloomberg, Trampın seçki kampaniyasının maliyyə hesabatlarına istinad edərək, onun vəkillərə ödəniş etmək üçün vəsait çatışmazlığı ilə üzləşə biləcəyini bildirib.