ABŞ Prezidenti Donald Tramp ABŞ Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsinin (NASA) direktoru vəzifəsinə yeni namizədi tezliklə elan etmək niyyətindədir.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində bildirib.
“Mən Jared Ayzekmanın NASA başçısı vəzifəsinə namizədliyini geri çəkirəm”, – deyə Tramp qeyd edib. “Tezliklə Amerikanı kosmosda birinci yerə qoyacaq yeni namizədi elan edəcəyəm”, – o vurğulayıb.