Tramp Nyu-York prokurorluğunda yenidən ifadə verdibackend

Tramp Nyu-York prokurorluğunda yenidən ifadə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bu dəfə fərqli istintaqla bağlı ifadə verib.

NOCOMMENT.az xəbər verir ki, Tramp əlverişli kreditlər və vergi güzəştləri əldə etmək üçün müəyyən əmlakların dəyərlərinə və xalis gəlirlərinə müdaxilə etməkdə ittiham olunur.

250 milyon dollarlıq dələduzluq işi ilə bağlı Nyu Yorka gələn Tramp təxminən 7 saat prokurorluqda qalıb.

Tramp və onun komandası illər ərzində müvafiq kreditlər və vergi güzəştləri əldə etmək üçün fırıldaqçılıqda ittiham olunurlar.

Trampın banklar, otellər və qolf meydançaları kimi aktivlərinin dəyəri barədə yalan məlumat verdiyi iddia edilir.

Qeyd edək ki, Tramp bu işin araşdırılmasında ABŞ Konstitusiyasnı verdiyi hüquqdan istifadə edərək 400 dəfədən çox ifadə verməkdən imtina edib.

NOCOMMENT.AZ