Tramp ölkə daxilində narkotik alverçilərini edam edəcəyinə söz veribbackend

Tramp ölkə daxilində narkotik alverçilərini edam edəcəyinə söz verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidentliyinə namizəd Donald Tramp bildirib ki, prezident seçkilərində qalib gəlsə, ABŞ Ədliyyə Nazirliyinin edam cəzasına qoyduğu moratoriumu ləğv edəcək.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə Daily Mail-ə müsahibəsində bildirib.

Siyasətçinin sözlərinə görə, o, vəzifəyə gəldiyi ilk gündə sənədi imzalayacaq.

“Əlbəttə, mən böyük narkotik alverçilərini edam edərdim… Bəlkə uşağı zorladığına görə, bir polis məmurunu öldürdüyünə görə… Həddindən artıq qəddarlıqla törədilən qətllərə görə edam edərdim”, – deyə Tramp federal moratoriumun ləğv edilib-edilməyəcəyini soruşduqda deyib.