Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp hesab edir ki, seçki yarışında onun rəqibi, vitse-prezident Kamala Harris uduzduğunu anladığı üçün onu təhqir edir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Kamala Harris itirdiyini görür, ona görə də indi o, ritorikasını daha da artırır, məni Adolf Hitler adlandırmağa qədər gedir”, – Tramp deyib.
Onun sözlərinə görə, vitse-prezident demokratiya üçün təhlükə yaradır və ABŞ-yə rəhbərlik etməyə yaraşmır.
Xatırladaq ki, Harris CNN telekanalının canlı efirində Trampı faşist adlandırıb. Onun sözlərinə görə, keçmiş prezidentin administrasiyasında işləyən bir neçə nəfər onun “yararsız və təhlükəli” olduğunu və ABŞ Konstitusiyasına hörmətsizlik etdiyini bildirib.
ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.