ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının açılış mərasimini “biabırçılıq” adlandırıb.
NOCOMMENT.az xəbər verir ki, keçmiş dövlət başçısının sözlərini Fox News sitat gətirib.
“Mən çox geniş dünyagörüşlü insanam. Lakin onların etdikləri biabırçılıqdır”, – Tramp bildirib.
Bundan əvvəl Fransanın daxili işlər naziri Gerald Darmanin Oyunların açılış mərasimindəki bəzi səhnələri sənət və azadlığın ifadəsi adlandırmışdı.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayıb, yarışlar avqustun 11-dək davam edəcək. Açılış mərasimi 26-da Sena çayında baş tutub.