ABŞ-ın gələcək prezidenti Donald Tramp “SpaceX” və “Tesla” şirkətlərinin yaradıcısı, milyarder İlon Maskın digər ölkələrdən yüksək ixtisaslı işçilər üçün xüsusi Amerika vizalarının verilməsi ilə bağlı mövqeyini dəstəkləyib.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “New York Post” yazıb.
“Mən həmişə vizanı bəyənmişəm, viza mövzusu üçün açıq olmuşam. Mən “H-1B”nin (peşəkar iş vizası) tərəfdarı olmuşam. Bu, əla proqramdır”, – deyə o əlavə edib.
Nəşr vurğulayıb ki, Mask, “H-1B” viza proqramının Amerika şirkətlərinin yüksək ixtisaslı işçi tapa bilməsini təmin etmək üçün çox vacibdir.