Tramp prezidentlik kampaniyası üçün rekord məbləğ toplayıbbackend

Tramp prezidentlik kampaniyası üçün rekord məbləğ toplayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfdarlarının mayda onun təkrar seçki kampaniyasına rekord məbləğdə – 300 milyon dollar ianə etdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə o, Truth sosial şəbəkəsindəki hesabında yazıb.

“Trampın prezidentlik kampaniyası üçün rekord məbləğ toplanıb. Tramp kampaniyası və digər Tramp tərəfdarı təşkilatlar təkcə may ayında təxminən 300 milyon dollar toplayıb. Bu rekorddur! – iş adamı yazıb.

Tramp həmçinin qeyd edib ki, 141 milyon dollar 2 milyon insanın kiçik ianələrindən gəlib, onların 25%-i ilk dəfə 2024-cü ildə kampaniyasına pul verib.