Rusiya prezidenti Vladimir Putin Ukraynaya zərbələrin dayandırılması məsələsində Vaşinqtonun fikrini dinləyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Norveçin baş naziri Yonas Qahr Stör ilə görüşdən əvvəl deyib.
“Bəli, mən belə hesab edirəm”, – deyə o, jurnalistə Putinin onun zənglərinə qulaq asacağına inanıb-inanmadığını soruşduqda cavab verib.
Daha əvvəl aprelin 24-də Tramp Rusiyanın Kiyevə zərbə endirməsi üçün anı qeyri-münasib hesab etdiyini və Ukrayna münaqişəsinin həlli üçün sülh sazişinin imzalanmasına çağırdığını bildirib.