Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoffun Kremldə keçirdiyi görüşdə “böyük irəliləyiş” əldə olunub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində bildirib.
“Böyük irəliləyiş əldə olundu!” — deyə o yazıb.
Trampın sözlərinə görə, görüşün nəticələri barədə Avropadakı bəzi müttəfiqləri də məlumatlandırıb. O qeyd edib ki, bütün tərəflər Ukraynada münaqişənin başa çatdırılması ilə bağlı razılıqlarını təsdiqləyiblər. ABŞ prezidenti əlavə edib ki, bu istiqamətdə işlər yaxın günlərdə və həftələrdə davam etdiriləcək.