Tramp: Putinə Ukraynaya görə 10-12 günlük möhlət verəcəyəmbackend

Tramp: Putinə Ukraynaya görə 10-12 günlük möhlət verəcəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Putinə verdiyim 50 günlük möhlətin müddətini azaldacam.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.

“Biz dəfələrlə prezident Putinlə telefonda danışmışıq. O, Kiyevə və başqa şəhərlərə raket ataraq çoxlu insan öldürür. Mən ondan çox məyusam. Ona verdiyim 50 günü də azaldacağam” – Tramp bildirib.

Tramp bu gündən etibarən Putinə 10-12 günlük möhlət verəcəyini vurğulayıb.

ABŞ lideri daha sonra Britaniya Baş naziri Keir Starmer ilə təkbətək danışıqlara başlayıb.

Qeyd edək ki, Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.