Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp Atlantada çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini bir sıra Qərb ölkələri ilə məhbus mübadiləsi razılaşması ilə bağlı təbrik edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə C-SPAN nəşri məlumat yayıb.
“Vladimir Putini daha bir böyük nailiyyət əldə etdiyinə görə təbrik etmək istərdim”, – deyə o vurğulayıb.
Eyni zamanda Tramp vurğulayıb ki, bu razılaşma ABŞ üçün dəhşətli olub.
“Biz dəhşətli, dəhşətli sövdələşmələr edirik”, – deyə o bildirib.
Avqustun 1-də Rusiya və Qərb ölkələri 26 nəfərin iştirak etdiyi ən böyük məhbus mübadiləsini Ankarada keçirib. Onlar Rusiya, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç və Belarus həbsxanalarında olublar. Mübadilə nəticəsində azadlığa çıxan 10 nəfər, o cümlədən iki uşaq Rusiyaya, 13 nəfər Almaniyaya, üç nəfər isə ABŞ-a gedib.