Tramp Putinin Ukrayna ilə bağlı sözlərini yalan adlandırmaqdan imtina edibbackend

Tramp Putinin Ukrayna ilə bağlı sözlərini yalan adlandırmaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı rusiyalı həmkarı Vladimir Putinin Ukrayna münaqişəsi ilə bağlı sözlərini yalan adlandırmaqdan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, tədbir Ağ Evin YouTube kanalında yayımlanıb.

“Mən ‘yalan’ sözünü işlətmək istəmirəm. Bizim yaxşı bir söhbətimiz oldu və üç mərhələdə atəşkəsin, bəlkə də sülhün əldə oluna biləcəyi görünürdü”, – deyə ABŞ prezidenti izah edib.

İyulun 28-də Tramp bəyan edib ki, Ukrayna ilə bağlı nəticəyə gəlmək üçün son müddəti 10-12 günə qədər qısaltmaq qərarına gəlib. O, qeyd edib ki, “3 sentyabra qədər gözləməyə heç bir səbəb yoxdur”, çünki ABŞ danışıqlarda heç bir irəliləyiş görmür.