ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə son söhbətini “çox yaxşı” adlandırıb və əlavə edib ki, o, “Ukrayna ilə o qədər də yaxşı danışıqlar aparmayıb”.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika prezidenti Amerika ştatlarının qubernatorları ilə görüşündə bildirib.
Tramp onu da qeyd edib ki, Kiyev yalnız sözdə sərtlik nümayiş etdirə bilər, lakin çoxlu kozırlara malik deyil.
Tramp həmçinin Ukraynada münaqişənin başlamasının günahkarları kimi Rusiyanın deyil, ABŞ-ın keçmiş prezidenti Co Bayden və Vladimir Zelenskinin adını çəkib.