Tramp Putinlə təmaslarının təfərrüatlarını açıqlamaqdan imtina edibbackend

Tramp Putinlə təmaslarının təfərrüatlarını açıqlamaqdan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev rəhbəri Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə təmaslarının təfərrüatlarını açıqlamayıb.

NOCOMMENT.az xəbər verir ki, RİA Novosti bu barədə Ağ Evin mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Prezident Putinlə nə vaxt və nə qədər tez-tez əlaqə saxladığını dəqiqləşdirməkdən imtina edib”, – jurnalistlərin məlumatında deyilir.

Fevralın 8-də Tramp “Air Force One” təyyarəsində jurnalistlərə bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Lakin o, söhbətin nə qədər davam etdiyini və ümumilikdə Putinlə nə qədər əlaqə saxladığını açıqlamayıb. Əsas müzakirə mövzusu Ukrayna münaqişəsi olub. Amerika lideri döyüşlərə son qoymaq üçün “konkret planı” olduğuna aydınlıq gətirib və Kiyevlə Moskva arasında silahlı qarşıdurmanın tezliklə bitəcəyinə ümid etdiyini bildirib.