Tramp: Putinlə uğurlu görüşdən sonra Zelenski ilə danışa bilərəmbackend

Tramp: Putinlə uğurlu görüşdən sonra Zelenski ilə danışa bilərəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya lideri Vladimir Putinlə keçiriləcək üzbəüz danışıqlar uğurlu olarsa, o, Ukrayna prezidenti Vladimir Zelenski ilə telefonla danışmağı planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Ağ Evin rəhbəri istisna etməyib ki, Rusiya lideri ilə görüşdən sonra Zelenski ilə telefon danışığı aparacaq və onu Putinin də iştirak edəcəyi ikinci görüşə dəvət edəcək. Lakin bu, yalnız Tramp danışıqları uğurlu hesab edərsə baş tutacaq.
“Əgər onlar uğursuz olsa, heç kimə zəng etməyəcəyəm. Evə qayıdacağam”, – ABŞ prezidenti deyib.