ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə telefon danışığından sonra bildirib ki, Rusiya Ukrayna Silahlı Qüvvələrinin Rusiya aerodromlarına son hücumuna “cavab verəcəyini” vəd edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Bildirilir ki, iyunun 4-də 1 saat 15 dəqiqə davam edən söhbət zamanı ölkə liderləri Kiyevin son hücumunu müzakirə ediblər.