Tramp qeyri-qanuni miqrantlara görə ABŞ-da terror aktları təhlükəsi olduğunu açıqlayıbbackend

Tramp qeyri-qanuni miqrantlara görə ABŞ-da terror aktları təhlükəsi olduğunu açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədliyini irəli sürən keçmiş Amerika lideri Donald Tramp ölkəyə çoxlu qeyri-qanuni miqrantların sızması səbəbindən ABŞ-ın çox da uzaq olmayan gələcəkdə terror hücumları ilə üzləşəcəyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ölkəmizə sızan adamlar var ki, burada olmamalıdırlar. Ölkəmizə böyük problemlər yarada biləcək insanlar soxulur. Çox da uzaq olmayan gələcəkdə terror aktlarının olacağı ehtimalı 100 faizdir”, – deyə Donald Tramp bildirib.

O əlavə edib ki, prezident seçkilərində qalib gələrsə, ABŞ-ın hazırkı prezidenti Co Bayden tərəfindən tətbiq edilən “açıq sərhəd siyasəti”nə son qoyacaq və Amerika tarixində ən böyük qanunsuz miqrant deportasiyasına başlayacaq.