Tramp qeyri-qanuni miqrasiyanı ölkə üçün təhlükə adlandırıbbackend

Tramp qeyri-qanuni miqrasiyanı ölkə üçün təhlükə adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Donald Tramp ölkəyə gələn qeyri-qanuni mühacirlərin keçmişindən danışarkən Tomas Harrisin “Quzuların səssizliyi” romanında təsvir edilən və eyniadlı filmdə nümayiş etdirilən psixiatriya xəstəxanalarından bəhs edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Trampın sözlərinə görə, ABŞ-ın köməyə ehtiyacı var, çünki “milyonlarla və milyonlarla insan” ölkəyə qeyri-qanuni yollarla daxil olur.

O iddia edir ki, bunlar hamısı “Quzuların səssizliyi” filmindəki kimi çox vaxt həbsxanalardan və ruhi xəstəxanalardan olan təhlükəli insanlardır.

Eks-prezident qeyd edib ki, ölkədə belə şəxslərin olması arzuolunmazdır.

Bundan əvvəl məlum olub ki, amerikalıların təxminən 65%-i ABŞ prezidenti Co Baydenin ölkə sərhədlərini qeyri-qanuni miqrant axınından qorumaq səylərindən narazı olduğunu bildirib.