Tramp Qrenlandiya və Panama kanalını ABŞ-ın strateji aktivləri kimi görür – WPbackend

Tramp Qrenlandiya və Panama kanalını ABŞ-ın strateji aktivləri kimi görür – WP

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın növbəti prezidenti Donald Trampın Panama kanalının geri qaytarılması, Qrenlandiya və Kanadanın ABŞ-ın 51-ci ştatı kimi alınması ilə bağlı bəyanatları Rusiya və Çinə qarşı mübarizə siyasətinin bir hissəsi ola bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Washington Post (WP) siyasətçiyə yaxın mənbələrə istinadən məlumat yayıb.

Ölkədə hakimiyyətin keçidi zamanı Trampın mətbuat katibi Anna Kellinin dediyi kimi, siyasətçi artıq “Amerikanı yenidən güclü etmək” vədini yerinə yetirir. Onun sözlərinə görə, Trampın inauqurasiyasından sonra xarici ölkələr Amerikadan oğurluq etməzdən əvvəl iki dəfə düşünəcək, ABŞ-a hörmət edəcək və dünya daha təhlükəsiz olacaq.

Başqa bir məmur qeyd edib ki, Trampın sözləri ehtiyatsızlıq deyil, onun vahid yanaşmasını əks etdirir, çünki siyasətçi “hansı rıçaqları çəkməli olduğunu” bilir.

“Rusiya və Çinə qarşı hərtərəfli missiya Trampın Kanada, Meksika, Qrenlandiya və Panama ilə bağlı şərhlərini birləşdirən ümumi mövzudur”, – Kelli bildirib.

WP əlavə edib ki, Trampın özü bu arqumenti ictimaiyyətə açıqlamayıb.