ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ-ın Almaniyadakı keçmiş səfiri Riçard Qreneli prezidentin xüsusi nümayəndəsi vəzifəsinə seçdiyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, Tramp bu barədə dekabrın 15-nə keçən gecə Truth sosial şəbəkəsində yazıb.
Trampın sözlərinə görə, Riçard Qrenell “dünyanın ən qaynar nöqtələrində, o cümlədən Venesuela və Şimali Koreyada işləyəcək”. O qeyd edib ki, səfir “güc yolu ilə sülh üçün mübarizə aparacaq”.
“Reuters”in məlumatına görə, Donald Tramp əvvəllər Rusiya-Ukrayna müharibəsi üzrə xüsusi elçi vəzifəsinə Riçard Qreneli hesab edib, lakin sonda bu vəzifəyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Keyt Kelloqun təyin edilməsini təklif edib.