Tramp Rubionun İstanbulda Ukrayna danışıqlarında iştirakını açıqlayıbbackend

Tramp Rubionun İstanbulda Ukrayna danışıqlarında iştirakını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp ABŞ dövlət katibi Marko Rubionun və digər ABŞ rəsmilərinin mayın 15-də İstanbulda Ukrayna üzrə danışıqlara qatılacağını bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS yazır.

Bu gün ABŞ prezidentinin İstanbula potensial səfərini elan etməsindən sonra Marko Rubio avropalı həmkarları ilə bir sıra telefon məsləhətləşmələri aparıb. “Reuters”in Dövlət Departamentinə istinadən verdiyi məlumata görə, müzakirənin əsas mövzusu Ukraynadakı münaqişədə atəşkəsə nail olunmasına yönəlmiş addımlar olub. Xüsusilə, Marko Rubio Böyük Britaniya və Fransanın xarici işlər nazirləri, eləcə də Avropa İttifaqının xarici siyasət departamentinin rəhbəri ilə mümkün “atəşkəsə aparan yolları” müzakirə edib. Bundan başqa, telefon danışıqlarında Ukrayna, Almaniya və Polşa Xarici İşlər nazirliklərinin rəhbərləri iştirak ediblər.