ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya rəhbərliyinin hərəkətləri onu Rusiya ilə münaqişədə Ukraynanın tərəfini tutmağa məcbur edə bilər.
NOCOMMENT.az xəbər v erir ki, o, bu barədə “The Atlantic” jurnalına müsahibəsində danışıb.
“Mütləq [Ukrayna prezidenti Vladimir] Zelenskinin tərəfində deyil, Ukraynanın tərəfində, bəli”, – deyə Amerika lideri müvafiq suala cavab verib.
Eyni zamanda ABŞ lideri Ağ Evə qalmaqallı səfərindən sonra Ukrayna lideri ilə fikir ayrılıqlarını xatırladıb.
Tramp daha əvvəl bəyan etmişdi ki, Ukraynadakı münaqişə üçüncü dünya müharibəsinə çevrilə bilər. “Bilirsiniz, Ukrayna və Rusiya bizim həyatımız deyil, lakin bu, üçüncü dünya müharibəsi ilə nəticələnə bilər” dedi.